• B.E. - C 09:00 - 22:00
  • Bakı şəh., Nərimanov ray., Mirzəbala Əhmədzadə küç.
  • +994 77 711 77 14

Auksion Prosesi

TurboTap Alım Prosesi: Hərrac və Daşınma

  1. Müştəri Sorğusu:

    • Müştəri, avtomobilin xüsusiyyətlərini və büdcəsini qeyd edərək TurboTap-a müraciət edir.
  2. Avtomobil Seçimi və Tədqiqat:

    • TurboTap, müştərinin istəklərinə uyğun avtomobilləri hərrac saytlarında ətraflı şəkildə tədqiq edir. Marka, model, kilometraj, texniki xüsusiyyətlər kimi kriteriyalar əsasında axtarış aparılır.
  3. Hərrac Strategiyası:

    • Müştəri ilə əlaqə qurularaq büdcə və istəklər ətraflı şəkildə müəyyənləşdirilir.
    • Müştərinin təyin etdiyi büdcə aralığında uğurlu olacaq bir hərrac strategiyası təyin olunur.
  4. Müştəri Təsdiqi və Depozit ödəməsi:

    • Müştəri, seçilmiş avtomobillər haqqında məlumatlandırıldıqdan sonra təsdiq verir və daha sonra müəyyən bir depozit ödəməsi istənilir. Bu depozit, müştərinin ciddiyətini göstərir. Həmçinin  hərracdan sonra müştəridə fikir dəyişərsə TurboTap-a maddi zərər dəyməsini önləyir.
  5. Hərrac və Təkliflər:

    • TurboTap, müştərinin müəyyən etdiyi büdcə çərçivəsindəhərracda iştirak edir.
    • Hərracda müvəffəqiyyətə çatana qədər müştəri ilə əlaqə saxlanılır.
  6. Ödəmə və Ətraflı Məlumatlandırma:

    • Müştəri, qazandığı avtomobilin qiymətini və daşıma haqqını hərracdan sonrakı ilk iş günündə bank vasitəsi ilə  ödəməlidir.
    • TurboTap, müştəriyə ödəmə qaydası və s. barədə ətraflı məlumat verir.
  7. Depozit İadəsi:

    • Ödəmə əməliyyatı başa çatdıqdan sonra, müştərinin vermiş olduğu depozit məbləği geri qaytarılır.
  8. Daşınma razılığı və Müqavilə:

    • Müştəri, avtomobili Azərbaycana gətirmək üçün daşınma şirkətinə etibarnamə verir.
    • Müştəri ilə TurboTap arasında daşıma prosesini tənzimləyən müqavilə bağlanır.
  9. Müştəri Məsuliyyətləri və Gümrük Əməliyyatları:

    • Avtomobil Gürcüstana çatdıqda, müştəri bütün qalıq ödənişləri (əgər varsa) sıfırlamalıdır. Həmçinin müştəri səhvinə görə gecikmiş ödəmələrdən, gecikmiş sənədləşmə proseslərindən əmələ gələn cərimələrə görə TurboTap məsuliyyət daşımır və həmin cərimələr müştəri tərəfindən ödənilməlidir..
    • Avtomobil Azərbaycana gəldikdə, müştəri gümrük əməliyyatlarını həyata keçirərək avtomobili öz adına keçirir.
new-buyer-age-young-and-restless-driving-change-at-motowns-luxury-street